
ABŞ və İsrailin İrana endirdiyi hücumlar nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneinin yaxın çevrəsinə daxil olan şəxslərdən biri öldürülüb.
Realmedia.info “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, Əli Xameneinin əsas köməkçilərindən hesab olunan Əli Əsgər Hicazi bu gün həyatını itirib.
Məlumata görə, Hicazi İranın Ali Rəhbərinin Aparatında əsas fiqurlardan biri sayılırdı. O, uzun illər Ayətullah Əli Xameneinin baş müşaviri və yaxın köməkçisi kimi fəaliyyət göstərib.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.