
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında İranın Azərbaycana hücumunu regional deyil, qlobal təhlükə adlandırıb.
Nazir bildirib: “İranın Azərbaycana hücumunu pisləyirik. Bu ölkənin yaratdığı təhdidləri neytrallaşdırmaq, İran xalqı üçün normal həyat şansı yaratmaq, Yaxın Şərqdə və ondan kənarda təhlükəsizliyi və sabitliyi bərpa etmək üçün bütün beynəlxalq səylər birləşdirilməlidir.”
Sibiqa vurğulayıb ki, beynəlxalq ictimaiyyət İranın yaratdığı risklərə qarşı birgə tədbirlər görməli və regionda stabilliyi qorumağa çalışmalıdır.