
Ukraynanın xarici işlər naziri Dmitro Sibiqa Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücuma münasibət bildirib.
Realmedia xəbər verir ki, nazirin sözlərinə görə, son hücumlar Rusiya Prezidenti Vladimir Putinin sülh danışıqlarına hazır olmadığını və müharibəni davam etdirməyi seçdiyini açıq şəkildə nümayiş etdirir.
Dmitro Sibiqa vurğulayıb ki, Putinin yeri danışıqlar masasında deyil, beynəlxalq tribunal qarşısındadır. Onun fikrincə, mülki əhaliyə qarşı hücumlar və dağıntılar Rusiyanın real niyyətlərini bir daha ortaya qoyur.
Ukrayna XİN rəhbəri beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri artırmağa və Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.