
Realmedia.info xəbər verir ki, bununla bağlı qurumun İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mahmud Məmməd oğlu Məmmədəliyev İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd olunur ki, müşavir təyin edilən M.Məmmədəliyev AAYDA sədri Vüsal Nəsirlinin yaxın kadrı kimi tanınır.
Maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev məhz Vüsal Nəsirlinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu dövrdə – 2019-cu ildə nazirlikdə şöbə müdiri vəzifəsinə gətirilib.