
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təhsil alan tələbə Aysun Zöhrab qızı Teymurova vəfat edib.
Realmedia.info xəbər verir ki, bu barədə filialın rəsmi sosial şəbəkə səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, Aysun Zöhrab qızı Teymurova xəstəlik səbəbindən dünyasını dəyişib.
Mərhum tələbənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, ona Allahdan rəhmət dilənib.
Allah rəhmət eləsin.