
Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov “professor” elmi adına layiq görülüb.
Realmedia.info xəbər verir ki, tanınmış hərbi xadim və pedaqoq Arif Həsənovun professor elmi adı alması elm və təhsil sahəsindəki fəaliyyətinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.
Qeyd edək ki, o, hazırda Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini vəzifəsində fəaliyyət göstərir və uzun illərdir hərbi təhsil sistemində mühüm xidmətləri ilə tanınır.
Arif Həsənovun professor adına layiq görülməsi həm hərbi təhsil sahəsində, həm də elmi-pedaqoji fəaliyyət istiqamətində mühüm hadisə hesab olunur.