
Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi Nazim Qasımov vəfat edib.
Realmedia.info xəbər verir ki, həkim Nazim Qasımov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Məlumata görə, Nazim Qasımov Ağsu Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr vəzifəsində çalışıb. O, uzun illər ərzində tibb sahəsində fəaliyyət göstərib və azyaşlı pasiyentlərin müalicəsində xidmət göstərib.
Onun vəfatı həmkarları, yaxınları və tanıyanları tərəfindən dərin kədər hissi ilə qarşılanıb.
Realmedia.info kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! 🥀