
Bakıda mağazada yanğın hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, səhər saatlarında qəsəbə ərazisində yerləşən mağazalardan birində yanğın başlayıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.