
Realmedia.info xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur.
Bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada məlumat verib.
Səfir bildirib ki, səfər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır. Həmin sənədlərin Azərbaycan-Türkmənistan münasibətlərinin daha da inkişafına və müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi gözlənilir.