
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş tədbir keçirilir.
Realmedia.info xəbər verir ki, tədbir "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" mövzusuna həsr olunub.
Tədbirdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxış edərək Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.
Müraciətdə ətraf mühitin qorunmasının, iqlim dəyişiklikləri ilə mübarizənin və dayanıqlı inkişafın qlobal əhəmiyyəti vurğulanıb. Həmçinin beynəlxalq əməkdaşlığın bu istiqamətdə mühüm rol oynadığı qeyd edilib.
Tədbir çərçivəsində ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və yaşıl gələcəyin qurulması istiqamətində müzakirələr aparılır.


