
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan Rusiyaya gül məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
Realmedia.info xəbər verir ki, qərar mayın 22-dən qüvvəyə minib.
Qurumun məlumatına görə, məhdudiyyət Ermənistan istixana təsərrüfatlarında aparılan yoxlamalar başa çatana və nəticələr təhlil edilənədək davam edəcək.
Bildirilib ki, yoxlamalar zamanı Ermənistandan gətirilən 96,2 milyon ədəd gül məhsulunda Avrasiya İqtisadi İttifaqında (Aİİ) karantin rejimi tətbiq edilən 135 zərərverici növ aşkar edilib.
Rusiya tərəfi qeyd edib ki, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin verdiyi zəmanətlərə baxmayaraq, karantin zərərvericilərinin aşkarlanması halları davam edir. Buna görə də idxala müvəqqəti məhdudiyyətlərin tətbiqi zəruri hesab olunub.