
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində faciəli hadisə baş verib.
Realmedia.info xəbər verir ki, hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN-dən verilən məlumata görə, 2022-ci il təvəllüdlü Akif Cavid oğlu Abdullayevin xilas edilməsi üçün əməliyyat keçirilib.
Xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən operativ tədbirlər, o cümlədən reanimatoloji müdaxilələr həyata keçirilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Realmedia.info