
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat həyata keçirilib.
Realmedia.info xəbər verir ki, nazir Rəşad İsmayılovun müvafiq əmri ilə Babək Əsgərov nazirin köməkçisi vəzifəsinə təyin edilib.
Məlumata görə, yeni təyinatı nazirliyin rəhbərliyi də təsdiqləyib.
Babək Əsgərov bundan sonra Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılovun köməkçisi kimi fəaliyyət göstərəcək.
Realmedia.info