
Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə boğulma hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, 35 yaşlı Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə boğulub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Məqsəd Məmmədlinin meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralıda, nəzarətsiz ərazidə aşkarlanıb.
Məlumata əsasən, mərhum Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı olub.
Hadisənin başvermə şəraiti və digər təfərrüatlar araşdırılır.