
Azərbaycan-Ermənistan sərhədində, Ermənistan ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Realmedia.info xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:29-da qeydə alınıb.
Məlumata görə, zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin Azərbaycan ərazisində hiss olunub-olunmaması barədə əlavə məlumat verilməyib.