
Abşeron rayonunun Saray qəsəbəsində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, qəza Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
Məlumata görə, hadisə zamanı BYD və Chevrolet markalı avtomobillər toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarında park edilmiş Ford və Range Rover markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.