
Türkiyənin Qaziantep vilayətində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Realmedia.info xəbər verir ki, yeraltı təkanlar Nurdağı rayonunda Bakı vaxtı ilə saat 04:42-də baş verib.
Məlumata görə, zəlzələnin ocağı 7,44 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara əsasən, yeraltı təkanlar nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Müvafiq qurumlar vəziyyəti nəzarətdə saxlayır.