
Xəzər dənizində zəlzələ baş verib.
Realmedia.info xəbər verir ki, seysmoloji xidmətin məlumatına əsasən, yeraltı təkanların maqnitudası 3.1 olub.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 08:55-də qeydə alınıb. Yeraltı təkanların ocağı 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin yaşayış məntəqələrində hiss olunub-olunmaması barədə məlumat verilməyib.
Qeyd edək ki, Xəzər dənizi və ətraf ərazilər seysmik cəhətdən aktiv zonalardan biri hesab olunur və burada vaxtaşırı müxtəlif gücdə zəlzələlər qeydə alınır.