
Realmedia.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Xəzər dənizində zəlzələ baş verdiyini açıqlayıb.
Məlumata görə, zəlzələnin maqnitudu 3.1, dərinliyi isə 74 km olub. Zəlzələ yerli vaxtla saat 07:49-da qeydə alınıb.
Hazırda hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib. Mütəxəssislər vətəndaşları sakit olmağa və rəsmi mənbələrdən məlumatları izləməyə çağırıb.