
Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.
Realmedia.info xəbər verir ki, yeraltı təkanlar vilayətin Pazarcık rayonunda baş verib. Məlumata görə, zəlzələnin maqnitudası 4,4 olub.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:12-də, yerin təxminən 12 kilometr dərinliyində qeydə alınıb. Hadisə ətraf ərazilərdə də hiss olunub.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan itkisi qeydə alınmayıb.
Qeyd edək ki, Kahramanmaraş vilayəti Türkiyənin seysmik cəhətdən aktiv bölgələrindən biri hesab olunur və son illərdə burada bir sıra güclü zəlzələlər baş verib.