
Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə yanacaq tankerinin aşması nəticəsində azı 20 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Realmedia.info xəbər verir ki, bu barədə RFI məlumat yayıb.
Məlumata görə, yanacaq daşıyan yük maşını insanların sıx olduğu yolda hərəkətdə olarkən aşıb və nəticədə piyadaları vurub.
Hadisə nəticəsində ən azı 20 nəfər ölüb, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım və xilasedici briqadalar cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
İlkin məlumatlara əsasən, ölənlərin sayının artacağı istisna edilmir.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.