
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günündə Azərbaycan idmançısı fəxri kürsüyə yüksəlib.
Realmedia.info xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə rumıniyalı Maya Adamaçiyə qalib gələrək bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan cüdoçusu turnirin ilk gününü medal ilə başa vurub.
Qeyd edək ki, yarışın sabah keçiriləcək ikinci günündə daha 10 azərbaycanlı cüdoçu tatami üzərinə çıxacaq.
İdmançılarımıza növbəti görüşlərdə uğurlar arzulayırıq.
