
Əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib.
Realmedia.info xəbər verir ki, bu barədə yazıçı və şair Rəşad Məcid sosial şəbəkə hesabında məlumat yayıb.
Rəşad Məcid Çingiz Əlioğlunun vəfatından dərin kədər hissi keçirdiyini bildirib və onun ölümünü Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün ağır itki kimi qiymətləndirib.
“Allah rəhmət eləsin! Oğlanlarına, yaxınlarına, bütün poeziyasevərlərə dərin hüznlə başsağlığımı bildirirəm”, – deyə Rəşad Məcid qeyd edib.
Qeyd edək ki, Çingiz Əlioğlu Azərbaycan ədəbiyyatında tanınmış şair və tərcüməçi kimi fəaliyyət göstərib. O, uzun illər ərzində ədəbi yaradıcılığı və tərcümə fəaliyyəti ilə Azərbaycan mədəniyyətinə töhfələr verib.
Çingiz Əlioğlunun vəfatı Azərbaycan ədəbiyyatı və mədəniyyətində böyük itki kimi qiymətləndirilir.