
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksində qeydə alınıb.
Məlumata görə, 33 yaşlı kişi kürəyindən bıçaqlanıb.
Ağır xəsarət alan şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Qətlin hansı şəraitdə və kim tərəfindən törədildiyi araşdırılır.