
Avqust ayı üzrə pensiyaların ödənilməsi ilə bağlı növbəti tarix açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının isə avqustun 21-dən gec olmayaraq, sosial müavinətlərin isə avqustun 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.