
Azərbaycanın “Qarabağ” klubu bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Realmedia.info xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Stüart Attvell olacaq.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda “Dinamo Kiyev” 1:0 hesabı ilə qalib gəlib. Bu səbəbdən “Qarabağ” növbəti mərhələyə yüksəlmək üçün doğma meydanda mütləq qələbə qazanmağa çalışacaq.
🔥 Sizcə, “Qarabağ” – “Dinamo Kiyev” matçı neçə-neçə başa çatacaq?
👇 Hesab təxmininizi şərhlərdə yazın!
🇦🇿 Qarabağımıza uğurlar!
Realmedia.info