• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət / Cəmiyyət

Bugün, 10:42

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.

Realmedia.info xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib.



Bildirilib ki, Naxçıvan Regional DOST Mərkəzində əhaliyə 164 növ sosial xidmət göstəriləcək. Mərkəzdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərməsi, gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbul edilməsi nəzərdə tutulur.

Bütün xidmətlər “Bir pəncərə” prinsipi əsasında təşkil olunub. Bu yanaşma pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf və operativ şəkildə göstərilməsinə imkan verəcək.

Əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı və reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış müəssisələrə göndərişlərin rəsmiləşdirilməsi də mərkəzdə həyata keçiriləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə nümayiş etdirilən yüksək texnologiyalı protezlərlə də tanış olublar. Bildirilib ki, indiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim edilib. Yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər nəticəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxsin əvvəlki sağlamlıq imkanlarına qovuşduğu qeyd olunub.

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində reabilitasiya vasitələrinin çeşidi 57-dən 130-a çatdırılıb. Bu ilin əvvəlindən etibarən əlilliyi olan şəxslər 300 minədək müxtəlif növ reabilitasiya vasitəsi ilə təmin olunub.

Dövlət başçısı və birinci xanım nazirliyin inklüziv mərkəzlərinin benefisiarları tərəfindən hazırlanmış müxtəlif əl işlərindən ibarət sərgiyə də baxıblar. Sərgidə bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj, floristika və digər sənət nümunələri nümayiş etdirilib.

Həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması və iqtisadi fəallığının dəstəklənməsi məqsədilə yaradılan “dostart.az” portalı vasitəsilə həmin əl işlərinin onlayn satışı həyata keçirilir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması nəzərdə tutulan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi də təqdim olunub.

Qeyd edilib ki, hazırda əlilliyi olan şəxslərə 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə 20 istiqamətə çatdırılması planlaşdırılır.

Son illərdə Azərbaycanda həyata keçirilən sosial islahatların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikatla təltif olunduğu bildirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində yeni mərhələnin formalaşmasına imkan verib. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət üzrə ümumilikdə 4,6 milyon sosial xidmət göstərilib. Xidmətlərdən məmnunluq səviyyəsinin təxminən 99 faiz olduğu qeyd olunub.

Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzi, 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.


Oxunub: 4
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

Bugün, 10:27

Naxçıvanda elektrik avtobusları istifadəyə veriləcək – dəmir yolu infrastrukturunda genişmiqyaslı işlər aparılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

Bugün, 09:59

İlham Əliyev Naxçıvanda inşa olunan günəş elektrik stansiyalarında görülən işlərlə tanış olub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-07-2026, 17:05

İlham Əliyev 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının Tədbirlər Planını təsdiqləyib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-04-2026, 19:40

Prezident və birinci xanım yeni Təlim Mərkəzinin açılışında – Aviasiyada mühüm addım [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

29-12-2025, 12:11

İcbari tibbi sığortada yenilik: Xidmətlər və dərmanlar pulsuz olacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Ali məktəblərə ixtisas seçimi başlayıb
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər
Naxçıvanda elektrik avtobusları istifadəyə veriləcək – dəmir yolu infrastrukturunda genişmiqyaslı işlər aparılır
Azərbaycanda geomaqnit qasırğası gözlənilir
Jurnalist Şamil Sabiroğlu Polkovnik Cəlil Xəlilovu təbrik edib
İnternet resurslarının sahibləri üçün kibertəhlükəsizliklə bağlı yeni öhdəliklər müəyyən edildi
Hadisə
Bugün, 09:50
Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub
Dün, 16:51
Türkiyədə dənizə doğru torpaq sürüşdü: Çimərlikdəkilər təxliyə edildi
Dün, 16:33
Balakəndə 4 nəfərin öldüyü zəncirvari qəzanın təfərrüatları məlum olub – Toyuna 17 gün qalmış həyatını itirdi
Dün, 16:17
Bakıda avtomobil salonunda yanğın: BMW-nin arxa hissəsi zədələndi
Dün, 15:32
Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verib
Dün, 15:29
Kolumbiyada güclü zəlzələ: ölənlərin sayı 111-ə çatıb
Son xəbərlər
  • Bugün, 10:50
    Ali məktəblərə ixtisas seçimi başlayıb
  • Bugün, 10:42
    İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər
  • Bugün, 10:27
    Naxçıvanda elektrik avtobusları istifadəyə veriləcək – dəmir yolu infrastrukturunda genişmiqyaslı işlər aparılır
  • Bugün, 10:09
    Naxçıvan Sənaye Parkının təməli qoyulub
  • Bugün, 09:59
    İlham Əliyev Naxçıvanda inşa olunan günəş elektrik stansiyalarında görülən işlərlə tanış olub
  • Bugün, 09:54
    İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Naxçıvandakı abidəsini ziyarət ediblər
  • Bugün, 09:50
    Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub
  • Bugün, 09:45
    İlham Əliyev və Mehriban Əliyeva Naxçıvana səfər ediblər
  • Bugün, 09:35
    Vaşinqtonda Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası müzakirə olunub
  • Bugün, 09:26
    Neftçi klub tarixinin ən bahalı satışını edir
  • Dün, 16:51
    Türkiyədə dənizə doğru torpaq sürüşdü: Çimərlikdəkilər təxliyə edildi
  • Dün, 16:48
    Azərbaycanda geomaqnit qasırğası gözlənilir
  • Dün, 16:33
    Balakəndə 4 nəfərin öldüyü zəncirvari qəzanın təfərrüatları məlum olub – Toyuna 17 gün qalmış həyatını itirdi
  • Dün, 16:17
    Bakıda avtomobil salonunda yanğın: BMW-nin arxa hissəsi zədələndi
  • Dün, 16:01
    Dünya çempionatında meymunlara qarşı qeyri-adi tədbir: “Meymun pıçıldayanlar” işə cəlb edildi
  • Dün, 15:32
    Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verib
  • Dün, 15:29
    Kolumbiyada güclü zəlzələ: ölənlərin sayı 111-ə çatıb
  • Dün, 15:22
    İranda yüksək səviyyəli hərbi təyinatlar: yeni komandanlar müəyyənləşdi
  • Dün, 14:38
    İstanbulda 57 yaşlı azərbaycanlı qadın evində ölü tapıldı
  • Dün, 09:02
    Jurnalist Şamil Sabiroğlu Polkovnik Cəlil Xəlilovu təbrik edib
  • 10-08-2026, 14:48
    İnternet resurslarının sahibləri üçün kibertəhlükəsizliklə bağlı yeni öhdəliklər müəyyən edildi
  • 10-08-2026, 14:40
    İlham Əliyevə zəng gəldi – Azərbaycan-Litva əlaqələri müzakirə edildi
  • 10-08-2026, 14:37
    İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi
  • 10-08-2026, 14:28
    Samuxda suda boğulan 17 yaşlı Azərbaycan çempionu ilə bağlı TƏFƏRRÜATLAR – FOTO
  • 10-08-2026, 12:44
    Zaqatalada ağır yol qəzası: Bir nəfər öldü, daha bir nəfər yaralandı
  • 10-08-2026, 12:33
    ABŞ Ukraynaya Rusiyadakı enerji obyektlərinə zərbələr üçün kəşfiyyat məlumatları verir – İDDİA
  • 10-08-2026, 12:28
    İtaliya kəşfiyyatından xəbərdarlıq: Seuta terrorçuların cəlb edilməsi mərkəzinə çevrilə bilər
  • 10-08-2026, 12:25
    Müdafiə Nazirliyi həftəlik icmal hazırladı – VİDEO
  • 10-08-2026, 11:58
    Bakıda güclü yanğın söndürüldü – neft çənlərində partlayış iddiası
  • 10-08-2026, 11:49
    Müctəba Xameneidən qonşu ölkələrə çağırış: ABŞ bazaları bağlanmalıdır
  • 9-08-2026, 14:07
    Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 13:55
    İlham Əliyev Sinqapur Prezidentini təbrik edib
  • 9-08-2026, 13:49
    Türkiyədə gecə saatlarında 4,5 maqnitudalı zəlzələ baş verib
  • 9-08-2026, 13:45
    Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medal qazandı
  • 9-08-2026, 13:38
    Saray qəsəbəsində zəncirvari qəza: Dörd avtomobil toqquşub
Daha çox
  • Təsisçi və Baş direktor: Mahmudova Firəngiz
  • Direktor köməkçisi: İsmayılov Əziz
  • Əlaqə: (+99470) 222 84 02 / (+99455) 384 25 05
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Realmedia.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə