
Türkiyənin Bursa şəhərinin Mudanya rayonunda torpaq sürüşməsi baş verib.
Realmedia.info xəbər verir ki, hadisə Tirilye Çamlık Təpəsi ərazisində qeydə alınıb.
Məlumata görə, təpədən qopan torpaq və qaya parçalarının dənizə doğru sürüşməsi sahildə və dənizdə olan insanlar arasında təşvişə səbəb olub. Ərazidə olan şəxslər xəbərdarlıq edildikdən sonra təhlükəsiz istiqamətə uzaqlaşıblar.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Hadisədən sonra Jandarm və AFAD əməkdaşları əraziyə cəlb olunaraq araşdırmalara başlayıblar. Mudanya Bələdiyyə Başçısı Deniz Dalgıç da əraziyə baxış keçirib.
Mütəxəssislər Çamlık Təpəsinin dik yamaclarından və geoloji quruluşundan dolayı ərazidə yeni torpaq sürüşmələrinin baş verə biləcəyini bildiriblər.
Realmedia.info