
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvana səfərləri çərçivəsində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.
Realmedia.info xəbər verir ki, avqustun 11-də dövlət başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyublar.
Prezident İlham Əliyev və Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
