
Misli Premyer Liqasında 2026/2027 mövsümünün I turu davam edir.
Realmedia.info xəbər verir ki, bu gün turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Araz-Naxçıvan” Qəbələ şəhər stadionunda “İmişli”ni qəbul edəcək. Qarşılaşma saat 18:30-da başlayacaq.
Günün digər oyununda isə son çempion “Sabah” “Kəpəz”lə üz-üzə gələcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:45-də start götürəcək.
Qeyd edək ki, turun açılış qarşılaşmasında “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.
I turun digər oyunları avqustun 16-17-də keçiriləcək. Avqustun 16-da “Sumqayıt” – “Neftçi” və “Zirə” – “Şəfa”, avqustun 17-də isə “Qarabağ” – “Şamaxı” qarşılaşmaları baş tutacaq.
Misli Premyer Liqası – I tur
15 avqust
18:30 – “Araz-Naxçıvan” – “İmişli”
Qəbələ şəhər stadionu
20:45 – “Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”
Mövsümün ilk turunda 12 komanda mübarizə aparır. 2026/2027 mövsümü Azərbaycan futbol çempionatının 35-ci milli çempionatıdır.