
Azərbaycanda cari ilin ilk altı ayı ərzində nikaha daxil olan 18 kişi həyat yoldaşının soyadını qəbul edib.
Realmedia.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycanda 2025-ci il ərzində 52 kişi, 2024-cü ildə 62 kişi, 2023-cü ildə isə 109 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını qəbul edib.
Beləliklə, son illərin statistikasına əsasən, nikah zamanı həyat yoldaşının soyadını qəbul edən kişilərin sayı dəyişkənlik göstərib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, nikaha daxil olan şəxslər soyad seçimi ilə bağlı qanunla müəyyən edilmiş hüquqlardan istifadə edə bilərlər.
Realmedia.info