
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.
Realmedia.info xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri ilə DİM-in elektron xidmətləri vasitəsilə tanış ola bilərlər.
Qəbul nəticələrini alternativ olaraq mobil operatorlar — Azercell, Bakcell və Nar vasitəsilə də öyrənmək mümkündür. Bunun üçün “iş nömrəsi”ni 7727 qısa nömrəsinə SMS şəklində göndərmək lazımdır.
DİM tərəfindən ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin sayı ilə bağlı statistik məlumatlar da təqdim olunub.
Abituriyentlər qəbul nəticələrini yoxlayaraq hansı kollecdə və hansı ixtisas üzrə təhsil almaq hüququ qazandıqları barədə məlumat əldə edə bilərlər.