
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, hadisə ötən gün Gəncə şəhərinin M.C. Paşayev küçəsində qeydə alınıb.
Məlumata görə, Şahin Rəhimov idarə etdiyi “Cahangan A05” markalı avtomobillə hərəkətdə olarkən piyada Anar Sadıqovu vurub.
Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.