
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Rabil Abdullayevin idarə etdiyi VAZ-2106 markalı avtomobil 16 yaşlı piyada Yusif Əhmədlini vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.