
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yeni təyinat bu gün nazirliyin kollektivinə təqdim edilib.
Qeyd olunub ki, Ağakərim Səmədzadə bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.