
Daşkəsən rayonunda ildırım vurması nəticəsində bir nəfər xəsarət alıb.
Realmedia.info xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otararkən onu və yaxınlıqdakı heyvanları ildırım vurub.
Hadisə nəticəsində 30 yaşlı kişi müxtəlif bədən xəsarətləri alıb, bir iribuynuzlu heyvan isə tələf olub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, hazırda ölkənin qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.