
Bu günlərdə “Vətənə Xidmət” adlı yeni İctimai Birlik yaradılıb. Birliyin sədri Əziz İsmayılovdur. Əziz müəllim bununla bağlı “Vətən səsi”nə məlumat verib. O, təşkilatın yaranmasının məqsədi və görəcəyi işlərlə bağlı danışıb.
Bildirib ki, bu təşkilatı yaratmaqda əsas məqsəd soydaşlarımızda Vətən sevgisini həmişə diri saxlamaqdı: “İstərdik ki, insanlarımız Vətənimiz, yurdumuz, onun gələcəyi haqqında düşünsünlər. Çalışacağıq ki, həmişə şəhid ailələri, qazilər və müharibə veteranları ilə sıx əlaqə saxlayaq, həmişə onların yanında olaq. Mütəmadi olaraq ali təhsil müəsisələrində, orta məktəblərdə və digər təhsil ocaqlarında maarifləndirici tədbirlər keçirək. Məsələn, erkən nigahlar ....kimi problemlərlə bağlı birlik olaraq yeniyetmələrlə müəyyən iş aparaq”.
Əziz müəllim onu da bidirdi ki, “Vətənə Xidmət” İB-nin ilk iclasını doğma Xankəndi şəhərində keçirməyi nəzərdə tutublar.
Qeyd edək ki, Əziz İsmayılov həm də “Xocalı Soyqrımını Tanıtma” İB-nin aparat rəhbəri, icraçı direktorudur.
Mina RƏŞİD