
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trumpa təşəkkür edib.
Dövlət başçısı bununla bağlı "X" platformasında paylaşım edərək bildirib:
"Hörmətli Prezident Donald Tramp, Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumu şəxsi yazınız və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi kimi göndərdiyiniz üçün Sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bu düşüncəli jesti çox yüksək qiymətləndirirəm və ona ən yüksək hörmətlə yanaşıram".
Prezident İlham Əliyev ABŞ liderinin bu addımını yüksək qiymətləndirdiyini və təşəkkürünü ifadə etdiyini vurğulayıb.
RealMedia.info