
Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən “EFES – 2026” çoxmillətli təlimə hazırlıq prosesi davam edir.
Realmedia.info xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu təlimin döyüş atışlı mərhələsində iştirak etmək üçün Türkiyəyə yola salınıb.
Hərbçilərimiz Türkiyənin Çiğli Hava Bazasında qarşılanıblar.
Təlimin əsas məqsədi iştirakçı ölkələrin hərbi bölmələri arasında birgə əməliyyat bacarıqlarının inkişaf etdirilməsi və döyüş hazırlığının artırılmasıdır.