
Azərbaycan desantları Anatolian Phoenix - 2026 ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində uğurlu əməliyyat icra ediblər.
Realmedia.info xəbər verir ki, Konya şəhərində keçirilən təlim zamanı hərbçilər şərti terrorçunu zərərsizləşdirib, qrup rəhbərini isə ələ keçiriblər.
Təlim çərçivəsində müxtəlif ssenarilər üzrə axtarış-xilasetmə və xüsusi əməliyyat tapşırıqları yerinə yetirilib. Azərbaycan hərbçiləri peşəkarlıq nümayiş etdirərək verilən tapşırıqları uğurla icra ediblər.
Qeyd edək ki, "Anatolian Phoenix" beynəlxalq təlimi müxtəlif ölkələrin hərbi qüvvələrinin iştirakı ilə keçirilir və əsas məqsəd birgə əməliyyatların koordinasiyasını gücləndirməkdir.


