
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Akif Çağatay Kılıç ilə görüş keçirib.
Budapeşt şəhərində baş tutan görüşdə Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi çərçivəsində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub.
Hikmət Hacıyev bildirib ki, tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, regional təhlükəsizlik və nəqliyyat bağlantıları məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı həmçinin mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin artırılmasının vacibliyi vurğulanıb.