
"Qarabağ" klubu futbolçusu Pedro Bikalyo ilə yeni müqavilə imzalayıb.
RealMedia.info xəbər verir ki, Ağdam təmsilçisi 24 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqavilənin müddətini daha 3 il uzadıb.
Yeni razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər "Qarabağ"ın formasını geyinəcək.
Qeyd edək ki, braziliyalı futbolçu 2025-ci ildən etibarən Ağdam klubunun heyətində çıxış edir. O, bu müddət ərzində 51 oyunda meydana çıxıb və 1 qol vurub.
Klub rəhbərliyi futbolçunun gələcək mövsümlərdə də komandanın uğurları üçün mühüm rol oynayacağına inanır.