
Azərbaycan milli komandasının sabiq futbolçusu Afran Ismayilov “Şəfa” klubunun vitse-prezidenti vəzifəsinə təyin edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Afran Ismayilov daha əvvəl Araz-Naxçıvan PFK klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Yeni təyinatın klubun gələcək fəaliyyəti baxımından mühüm addım olduğu bildirilir.