
ABŞ-ın “İnter Mayami” klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messi İspaniyada fəaliyyət göstərən futbol klubunu satın alıb.
Realmedia.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İspaniyanın üçüncü liqasında çıxış edən Kornelya klubunun səhmlərinin 100%-i artıq Messiyə məxsus olacaq. Bu barədə tanınmış insayder Fabrizio Romano məlumat verib.
Qeyd edək ki, “Kornelya” hazırda İspaniyanın üçüncü divizionunda 30 turdan sonra topladığı 55 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Maraqlıdır ki, məşhur futbolçular Jordi Alba və David Raya karyeralarının ilkin mərhələsində məhz bu klubda çıxış ediblər.