
Lionel Messinin bacısı Mariya Sol Messi Mayamidə ağır yol-nəqliyyat qəzası keçirib. Bildirilir ki, o, sükan arxasında huşunu itirib və avtomobil divara çırpılıb.
Qəza nəticəsində Mariya Solun onurğasında, dabanında və biləyində sınıqlar, eləcə də yanıq xəsarətləri yaranıb və o, xəstəxanaya yerləşdirilib. Anası onun həyati təhlükəsinin olmadığını, lakin uzunmüddətli reabilitasiyaya ehtiyac duyulduğunu bildirib.
Hadisə səbəbilə yanvarın əvvəlində planlaşdırılan toy təxirə salınıb. Qeyd edək ki, Mariya Sol yanvarın 3-də Rosarioda “İnter Mayami”nin U-19 məşqçilər heyətinin üzvü Julin Arellano ilə evlənməli idi.