
İtaliyada keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarının son medalçıları müəyyənləşib.
Kişilər arasında hokkey turnirinin final qarşılaşmasında ABŞ milli hokkey komandası yığması əzəli rəqibi Kanada milli hokkey komandasını əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Gərgin və maraqlı keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda vurulan həlledici qol ABŞ komandasına tarixi qələbə qazandırıb.
Beləliklə, ABŞ millisi 48 illik fasilədən sonra yenidən Olimpiya çempionu adına sahib çıxıb. Bu nəticə komandanın hokkey tarixində mühüm hadisə kimi qiymətləndirilir.