
ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimindən sonra Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırır.
Bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, vitse-prezidentin səfəri Olimpiya tədbirlərindən sonra həyata keçiriləcək və regionda diplomatik təmasların genişləndirilməsi məqsədi daşıyacaq.
Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da İtaliyada keçiriləcək.