
ABŞ ərazisində müşahidə olunan güclü və dağıdıcı fırtına səbəbindən təxminən 12 min aviareys ləğv olunub.
Realmedia xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Məlumata görə, xüsusilə Oklahoma-Siti şəhərində yerləşən Uill Rocers adına beynəlxalq hava limanında şənbə günü bütün reyslər tamamilə dayandırılıb. Eyni zamanda, bazar günü səhər saatlarına planlaşdırılan uçuş və enişlər də ləğv edilib.
Bildirilir ki, əlverişsiz hava şəraiti aviasiya təhlükəsizliyinə ciddi təsir göstərdiyi üçün müvafiq qərar qəbul olunub.