
Türkiyənin Sabiha Gökçen Hava Limanında əlverişsiz hava şəraiti səbəbindən təhlükəli vəziyyət yaranıb.
Realmedia xəbər verir ki, eniş etməyə hazırlaşan sərnişin təyyarəsi güclü külək və fırtınalı hava şəraiti səbəbindən uçuş-enmə zolağına yaxınlaşarkən çətin anlar yaşayıb.
Buna baxmayaraq, pilotun peşəkarlığı sayəsində təyyarə təhlükəsiz şəkildə yenidən havaya qaldırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, fırtınalı hava şəraiti ilə əlaqədar olaraq hava limanında bəzi reyslərin qrafikində gecikmələr qeydə alınıb.