
Türkiyənin Trabzon vilayətinin Akçaabat rayonunda faciəli hadisə baş verib.
Realmedia.info xəbər verir ki, qurban kəsimi zamanı halı qəfil pisləşən 54 yaşlı Selahattin Şener ürəktutması keçirib.
Ətrafdakıların kömək çağırışından sonra hadisə yerinə tibbi briqada cəlb olunsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.